17 Yanvar 2021 22:56
701
CƏMİYYƏT
A- A+

Bağdat Amreyev: İşğaldan azad edilmiş torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır

 

Bu gün dağıdılmış Ağdamı ziyarət etdik. Bu torpaq öz həqiqi sahibini, Azərbaycan xalqını gözləyirdi. Allaha şükürlər olsun ki, Azərbaycan torpaqları azad olunub. İndi iqtisadi, mədəni dirçəliş dövrü başlanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev deyib.

"Ağdam həm iqtisadi, həm də mənəvi cəhətdən Azərbaycanın ən mühüm rayonu idi. Ona görə də düşünürəm ki, Ağdamın bərpası təkcə Azərbaycan üçün yox, bütün türk xalqları üçün böyük bir hadisə olacaq. Onlar bu müharibə və otuzillik işğal dövründə həmişə qardaş Azərbaycan xalqının yanında olublar. Azərbaycan xalqını, onun lideri İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Bu qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qələbəsidir", - deyə Bağdat Amreyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video