21:24 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib

ANA SƏHİFƏ / SİYASƏT
00:55 28.02.2021

 

“ZOOM” platforması ilə Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan onlayn konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun moderatorluğu ilə keçən konfransın işində təşkilatın idarə heyətinin üzvləri, həmçinin dəvət edilmiş diplomatlar, ekspertlər, diaspor fəalları iştirak ediblər.

Erməni hərbi qüvvələrinin törətdiyi Xocalı soyqırımının və digər qanlı cinayətlərin günahsız qurbanlarının və 2020-ci il Vətən müharibəsində canlarını qurban verən şanlı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tanınmış ictimai xadimlər, Milli Məclisin deputatları, Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının yüksəkvəzifəli əməkdaşları, Avropada Azərbaycan diaspor təşkilatlarının rəhbərləri - Qənirə Paşayeva, Ramin Məmmədov, Musa Qasımlı, Fikrət Axundov, Eldar Bayramov, Qüdsi Osmanov, İlham İsmayılov, Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı, Arzu Oqtay, Natiq Bağırov, Yaşar Milnits, Nadir Hollenbrand, Cavanşir Feyziyev, Elman Nəsirov, Vaqif Seyidbayev konfransda çıxış ediblər. Onlar dövlətimizin müasir tarixində Azərbaycan Ordusunun bu yaxınlarda Vətən müharibəsindəki möhtəşəm qələbəsinin rolunu qeyd ediblər. Vurğulanıb ki, ermənilər Xocalıda və digər yaşayış yerlərində törətdikləri cinayət əməllərinə görə döyüş meydanında layiqli cavablarını aldılar. 

Çıxış edənlər diaspor təşkilatlarının regionun tarixi və müasir reallıqları barədə dünya ictimaiyyətinin məlumatlandırılması üzrə bundan sonrakı fəaliyyət planını müəyyən ediblər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM